The Wall Street Journal-ın verdiyi məlumata əsasən, Yaponiyanın avtomobil şirkəti Toyota Motor Corp. Takata Corp. təhlükəsizlik yastıqları ilə bağlı problemə görə bütün dünya üzrə 5,8 milyon avtomobilini geri çağırır.
Bu rəqəm özündə Yaponiyadan 1,16 milyon, Avropadan 1,47 milyon və Çindən 820 min avtomobili əhatə edir. Geri çağırılan bütün avtomobillər 2006-cı ilin aprel ayından 2014-cü ilin dekabr ayına qədər olan müddətdə istehsal edilib.
Takata nümayəndəsi məsələ ilə bağlı şərh bildirməkdən imtina edib.
Yaponiyanın avtomobillər üçün təhlükəsizlik sistemləri istehsal edən Takata şirkəti hələ 2014-cü ildə qalmaqal ilə gündəmə gəlmişdi. Bu zaman məlum olmuşdu ki, şirkətin istehsal etdiyi təhlükəsizlik yastıqları sürücü avtomobili idarə edərkən qəfil olaraq açılır.