“Azercell” gələcəkdə tarifləri artıra bilər

Mobil danışıq tariflərinin artırılması məsələsi hazırda gündəmdə deyil. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azercell Telecom” MMC-nin rəhbəri Vahid Mürsəliyev deyib.

V.Mürsəliyevin sözlərinə görə, milli valyutanın gələcək mövqeyi ilə əlaqədar olaraq gələcəkdə tariflərə baxılması mümkündür: “Ötən ilin 10 ayına nisbətən gəlirlərimiz 5% azalıb. Amma bu, vergilərin ödənilməsinə təsir etməyib”.

V.Mürsəliyev deyib ki, şirkət “Mobile finance” xidmətini tətbiq etmək üçün araşdırmalar aparır: “Bilirik ki, abunəçilərimiz bunu gözləyir. Amma hələlik araşdırmalar davam edir. Çünki bu, böyük layihədir və əgər bank xidmətləri göstəriləcəksə, müvafiq qurumlardan icazə alınmalıdır”.

Report

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər