11 C
Baku
Monday, November 25, 2024

Depozit hərraclarından 555 mln. manat cəlb edib

2016-cı ilin iyun ayından etibarən Mərkəzi Bank likvidliyin sterilizasiyası məqsədilə milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə depozit hərraclarının keçirilməsinə başlayıb.

Mərkəzi Bankın 2016-cı ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti icmalına istinadən məlumat verir ki, iyundan etibarən 13 hərrac keçirilib və nəticədə cəlb edilmiş depozitlərin həcmi 555 mln. manat, orta ölçülmüş faiz dərəcəsi 8,95% təşkil edib.

 

İcmalda qeyd olunub ki, sentyabr ayının sonuna depozit hərracları vasitəsilə cəlb edilən vəsaitin qalığı 109 mln. manat təşkil edib: “Depozit əməliyyatları həm də pul bazarının inkişafı və beləliklə, pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşməsinə yönəlib”./APA

Son xəbərlər
Digər xəbərlər