Banker.azın verdiyi məlumata əsasən, ExpressBank 2016-cı il 3-cü rübün sonuna maliyyə göstəricilərini açıqlayıb.
Bankın zərərləri
ExpressBankın maliyyə göstəricilərində ən çox maraq doğuran nüanslardan biri , bankın hələki zərərdən çıxa bilməməsidir. 3-cü rübün rəqəmlərinə əsasən, bank 1.4 mln. manat zərər edib. Məlumat üçün bildirək ki, 2-ci devalvasiyadan sonra, bank hələ mənfəətlə işləyirdi (ilin sonuna 650 min manat.). Bankın kredit portfelində xarici valyutada olan kreditlərin həcmi 2015-ci ilin sonuna 38% təşkil edirdisə, bu göstərici hazırda 30% endirilmişdir.
Buna da bax: Banklar müştərilərə hesabından dollar çıxarmağa icazə vermir – VİDEO
Aktivlər azalıb
Bankın hesabatlarına əsasən, aktivlərin həcmi 3 rüb ərzində təxminən 34 mln. manat düşərək, 287 mln. manat təşkil etmişdir. Müvafiq dövr üçün öhdəliklərin həcmi isə 180 mln. manatdan 148 mln. manata düşmüşdür. 3-cü rübün sonuna öhdəliklərin aktivlərə nisbəti 51% təşkil edir ki, buda Azərbaycan bank bazarı üçün kifayət qədər yaxşı rəqəm hesab edilə bilər və bu bankın daha az borclanmaya getdiyini göstərir.
Vaxtı keçmiş borclar
Bankın hazırda gecikmədə olan kreditlərinin həcmi müqayisədə az olmasına baxmayaraq ( təxminən 17 mln. manat) , bu göstəriciyə nail olmaq üçün bank təxminən 81 mln. manata yaxın krediti restruktrizasiya və prolonqasiya etmişdir.
Ətraflı: ExpressBank maliyyə göstəriciləri