14 C
Baku
Sunday, November 24, 2024

Apple gəlirinin 90%-ni smartfon satışından qazanıb

Banker.az Strategy Analytics-ə istinadən xəbər verir ki, 2016-cı ilin III rübünün yekunlarına əsasən Apple şirkəti əməliyyat gəlirinin demək olar ki, 91%-ni dünya smartfon bazarından əldə edib.

Şirkətin əməliyyat gəliri məbləğ qismində 8,2 milyard dollar təşkil edir. Apple şirkətinin əsas rəqibi olan Cənubi Koreyanın Samsung şirkəti reytinqə daxil olmayıb. Digər əməliyyat gəlirlərini Çinin smartfon istehsalçıları olan Vivo, OPPO və Huawei öz aralarında bölüşdürüb.

Oktyabr ayında nəşr edilən və 2016-cı ilin ilk 9 ayının yekununu əhatə edən Apple hesabatına əsasən, şirkət qeyd edilən dövr ərzində 45,51 milyon smartfon satıb. Şirkətin son 9 ay ərzində qazandığı gəlir 46,85 milyard dollar təşkil edirdi ki, bu da 2015-ci ilin analoji dövründə qeydə alınan göstəricidən 9% azdır.

Son xəbərlər
Digər xəbərlər