ABŞ-ın qabaqcıl banklarından olan “Citibank” 2017-ci ildə neftin orta qiymətinin 60 dollar/barrel səviyyəsində olacağını nəzərdə tutur. Banka görə, neftin qiyməti hətta 70 dollar/barrel səviyyəsini də keçə bilər.
Bankın hesabatına əsasən, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və kartelə üzv olmayan 11 neft hasilatçısı ölkələr Vyana razılaşmasına tam əməl edərlərsə, gələn ilin birinci rübündə dünyada neft ehtiyatları üçdəbir dəfə azala bilər. Razılaşma neft bazarında tarazlığın tezliklə bərpa olunacağından xəbər verir.
Hesabatda bildirilir ki, neft hasilatçısı ölkələr əldə etdikləri razılaşmaya tam əməl etməsələr, yəni istehsalı gündəlik 1,8 milyon barrel azaltmasalar belə dünya üzrə neft ehtiyatları proqnozlardan daha sürətlə azalacaq.