21 C
Baku
Saturday, September 28, 2024

Uber 3 ay ərzində 800 milyon dollar itirib

2016-cı ilin III rübündə Uber şirkətinin zərəri faiz, vergilər və əsas vəsaitlərin amortizasiyasından əvvəl 800 milyon dollardan artıq təşkil edib. Bu haqda məlumatı isə, öz mənbələrinə istinadən Financial Times verib. Uber Technologies dövlət şirkəti deyil, lakin hər 3 ayın sonunda investorlarla görüş zamanı öz göstəricilərini elan edir.

Bu xidmətin üzləşdiyi ilk itkilər deyil. Belə ki, 2016-cı ilin II rübündə itki həcmi 750 milyon dollar səviyyəsinə çatmışdı ki, bu da keçən il qeydə alınan göstəricidən 35% çox idi. Cari ilin I rübündə isə itki həcmi 520 milyon dollar idi. Ümumilikdə, şirkət 2016-cı ilin 9 ayı ərzində 2,2 milyard dollar zərər ilə üzləşib. İlin sonuna qədər isə itki həcmi 3 milyard dollara çata bilər. Bununla yanaşı, Uber şirkətinin dəyəri 69 milyard dollar olaraq qiymətləndirilir. Bu isə Twitter və General Motors şirkətlərinin ümumi dəyərindən çoxdur.

Bloomberg agentliyinin verdiyi məlumata görə, Uber şirkəti mövcud olduğu 7 il ərzində 4 milyard dollara qədər vəsait itirib.
Uber şirkəti ABŞ bazarının 84-87%-nə nəzarət edir. Şirkət daim rəqibləri ilə qiymət müharibəsu aparmağa məcburdur. ABŞ-da şirkətin əsas rəqibi Lyft şirkətidir. İyul ayında Uber62 milyon sifaiş qəbul etdiyi halda, Lyft şirkətində bu göstərici 13,9 milyon təşkil edirdi.

Son xəbərlər
Digər xəbərlər