9 C
Baku
Thursday, December 12, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Azərbaycanda market-meyker institutunun tətbiqi imkanları qiymətləndiriləcək

Azərbaycanda market-meyker institutunun tətbiqi imkanları qiymətləndiriləcək

0
Azərbaycanda market-meyker institutunun tətbiqi imkanları qiymətləndiriləcək

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Azərbaycan Mərkəzi Bankı (AMB) banklararası pul bazarının inkişafı üzrə fəaliyyətlərini əlaqələndirəcək. Banklararası əməliyyatların vahid ticarət platformasında aparılması üzrə təşviqedici tədbirlər müəyyən ediləcək.

Agentlik bu barədə Azərbaycanda maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsinə istinadən xəbər verir.

Bildirilir ki, AMB açıq bazar əməliyyatlarında təminat kimi qəbul edilə bilən qiymətli kağızların spektrinin daha da genişləndirilməsi imkanlarını nəzərdən keçirəcək və tədbirlər müəyyən edəcək.

AMB və MBNP market-meyker institutunun tətbiqi imkanlarını qiymətləndirəcək. Market-meyker institutunun yaradılması məqsədəuyğun hesab edilərsə, AMB market-meykerlərin seçim meyarlarını (aktivlərin həcmi, sistem əhəmiyyətliliyi, təcrübəli heyət, müasir texnologiyaya çıxış, maliyyə dayanıqlılığı və s.), tələb və imtiyazlarını MBNP ilə birlikdə müəyyən edəcək.

“Banklararası pul bazarında əməliyyatların həcmi artacaq ki, bu da maliyyə bazarlarının likvidliyinə, maliyyə institutlarının likvidlik idarəetməsinə və səmərəliliyinə müsbət təsir edəcək. Təkmil banklararası pul bazarı, eyni zamanda, pul siyasətinin hədəflərinə açıq bazar əməliyyatları vasitəsilə çatmağa imkan yaradacaq”, – deyə sənəddə qeyd olunub.