21 C
Baku
Saturday, September 28, 2024
Home Biznes Xarici biznes xəbərləri ABŞ nəhəng platformanı “qara siyahı”ya saldı

ABŞ nəhəng platformanı “qara siyahı”ya saldı

0
ABŞ nəhəng platformanı “qara siyahı”ya saldı

Çinin iri internet riteyleri “Alibaba” lisenziyasız məhsulların kütləvi satışı ilə əlaqədar yenidən ABŞ-ın “pirat bazarlar” siyahısına salınıb.

Şirkət 4 il əvvəl bu siyahıdan çıxarılmışdı, lakin indi ABŞ dövlət orqanları bildirirlər ki, “Alibaba Group”a daxil olan “Taobao” online platforması vasitəsilə böyük miqdarda kontrafakt (müəllif hüquqları pozulmaqla hazırlanmış saxta məhsul) alveri gedir.

“Alibaba Group”un prezidenti Maykl Evans bu qərardan məyus olduğunu bildirib. O qeyd edib ki, qərarın faktlar əsasında, yoxsa siyasi vəziyyətin təsiri ilə qəbul olunub-olunmadığı aydın deyil.

“Taobao” nümayəndələri deyiblər ki, məhsullar üzərində nəzarət qaydalarını gücləndiriblər və təchizatçılardan məhsulun orijinal olmasına dair sübutlar tələb edilir.

Xatırladaq ki, bu ilin mayında Kontrafakt Məhsullarla Mübarizə üzrə Beynəlxalq Koalisiya (İACC) müəllif hüquqlarının pozulması ilə əlaqədar “Alibaba”nın təşkilatda üzvlüyünü dayandırıb.

Onu da qeyd edək ki, məşhur iş adamı və sərmayədar Corc Soros “Alibaba”da sahib olduğu səhmlərin hamısını satıb. O, ümumilikdə 4,88 milyon dollar dəyərində 60 min ədəd səhm satışı həyata keçirib.