Hindistanın Meratx şəhərində yaşayan bir qadın ölkənin baş naziri Narendra Modi-ə müraciət edib və hər hansı bir səhv ucbatından bank hesabında peyda olmuş 1 milyard rupi ilə nə edəcəyinə dair məsləhət istəyib. Bu haqda məlumatı isə The Financial Express nəşri dərc edib.
Sheetal Yadav fabrikdə qablaşdırma şöbəsində işləyir və ayda 5 min rupi əmək haqqı əldə edir. Bu qadın 18 dekabr tarixində öz bank kartından pul çıxardıqda hesabında təqribən 1 milyard rupi aşkar edir. Qadın ilk olaraq gözlərinə inanmır və bankomatın yanında növbə gözləyən digər bir nəfərdən həmin məbləği (999999394) oxumasını xahiş edir. O isə kartda bu qədər məbləğin olduğunu təsdiq edir. Yadav hesabını digər bir bankomatda da yoxlayır, nəticə eyni idi.
Qadın banka müraciət edir. İki gün ərzində onun şikayətinə baxmaqdan imtina edirdilər. Daha sonra Yadava məsləhət görürlər ki, hazırda burda olmayan menecer ilə görüşmək üçün bir gündən sonra gəlsin. O yenidən gəldikdə, bank əməkdaşları aydınlaşdırma işləri ilə məşğul olmamaq üçün digər bir bəhanı gətirirlər.
Bunun ardınca, Yadav və həyat yoldaşı ölkə rəhbərliyinə müraciət etmək qərarına gəlirlər. Onlar təkidlə israr edirlər ki, bu pullar onlara məxsus ola bilməz. Hər hansı bir xətanın baş verdiyini kartda 50 min rupidən artıq pul saxlamaq mümkün olmadığı faktı da təsdiq edir. Qadın ölkənin baş naziri Modidən bu problemin həllində ona kömək etməyi xahiş edib.