13 C
Baku
Friday, November 22, 2024

Geriyə icarə nədir?

Geriyə icarə (Leaseback) – bir növ maliyyə əməliyyatıdır. Burada bir bazar iştirakçısı öz səhmlərini bir alıcıya satır, daha sonra isə onu geri almaq hüququna malik olur.

Lakin artıq icarə adı altında. Beləliklə, satıcı hazırkı səhmlərə sahib olmasa da onlardan istifadə etməyə davam edir. Qaydalara görə belə bir müqavilə biznesdə əsas vəsaitlər, xüsusilə də daşınmaz əmlak vasitəsilə təzahür edir. Geriyə icarə maliyyələşmə, mühasibat və vergi ilə bağlı müxtəlif məqsədləri var.

Səhmləri aldıqdan sonra yeni sahib səhmlər üzərində tam hüquqa sahib olur və səhmlərin geri icarəyə qaytarılması barəsində uzunmüddətli müqavilə bağlayır.
Bu növ lizinq Fransa, ABŞ, Böyük Britaniya, Avstraliya və Asiyada çox geniş yayılmışdır.

Fransa da bu növ son 30 ildir ki tətbiq olunur və daşınmaz əmlakların icarə edilməsi və alınmasında əhəmiyyətli faydalar əldə edilmişdir. Fransa rəhbərliyi ölkənin turistik rayonlarında geriyə icarə formasının inkişafını genişləndirir. Çünki bu ərazilərdə icarə mənzil çətinliyi mövcuddur və əgər tikilinin təmirə ehtiyacı varsa xüsusi endirimlər edilir. Geriyə icarə növü Böyük Britaniyada da mövcuddur və burada icarə haqqında razılaşma 9 ildən 11 il müddətinə qədər də ola bilir. Bu müddətdən sonra idarənin rəhbəri müddəti ya uzada, ya da əmlakı sata bilər. Hazırkı konsepsiya ABŞ-da da daşınmaz əmlak sahəsində geniş yayılmışdır və bir çox amerikan şirkətləri tez-tez bu imkanlardan yararlanırlar.

Geriyə icarə konsepsiyası sənaye avadanlıqları sahəsində də istifadə olunur. Müəssisə öz sənaye avadanlığının bir hissəsini gələcək icarəçiyə satır. Bu hallarda icarəçi qismində çox vaxt ya kommersiya bankları və yaxud digər maliyyə institutları çıxış edir. Beləliklə, müəssisə artıq öz avadanlığının sahibi hesab olunmur, lakin yenə də ondan istifadə hüquqlarına malikdir və satışdan gələn gəliri sərmayə kimi istifadə edə bilər.

Son xəbərlər
Digər xəbərlər