26 C
Baku
Sunday, April 28, 2024

Beynəlxalq Banka daha bir təyinat – FOTO

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) rəhbərliyində daha bir dəyişiklik baş verib. Bankın yeni formalaşan peşəkar idarəetmə komandasına Cəlal Orucov da qoşulub. O, ABB-nin Baş texnologiya inzibatçısı vəzifəsinə təyin edilib. Bu barədə Banker.az-a Bankdan məlumat verilib.

Bank texnologiyaları, eləcə də kart prosessinq sahəsində böyük təcrübəyə malik Cəlal Orucov ABB-də elektron bankçılıq istiqamətinin inkişafı məsələləri ilə məşğul olacaq.

Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinin məzunu olan C.Orucov müxtəlif vaxtlarda Azərbaycan Mərkəzi Bankında və digər maliyyə qurumlarında fəaliyyət göstərib. Ölkəmizin ən böyük prosessinq mərkəzlərindən sayılan Milli Kart prosessinq mərkəzinin 2006-cı ildən icraçı direktoru olub. ABB-dəki son təyinata qədər isə Unibankın Texnologiyalar üzrə direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, səhmdarların yanvarın 10-da keçirilmiş növbədənkənar ümumi yığıncağında ABB-nin İdarə Heyətinin sədri də dəyişib. Bu vəzifəyə Xalid Əhədov təyin olunub. Regionun maliyyə bazarında 25 ildir ki, mövcud olan ABB-nin yeni menecmentinin əsas hədəfləri xərclərin optimallaşdırılmasına, restrukturizasiya hesabına fəaliyyətin effektivliyinə nail olmaq, həmçinin ABB-nin sağlamlaşdırılması prosesini bu il uğurla başa çatdırmaqdan ibarətdir. Artıq yeni rəhbərlik tərəfindən bu istiqamətdə intensiv addımlar atılmaqdadır.

Cəlal Orucov jalal

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər