14 C
Baku
Friday, November 8, 2024

Səfil şəxs Facebook ilə iş və ev tapıb

Banker.az saytı The Telegraph nəşrinə istinadən xəbər verir ki, Melburnda (Kanada) səfil həyatı sürən evsiz Barry Sherryn Jackson adlı bir qadının onun şəklinin Facebook sosial şəbəkəsində paylaşmasından sonra qalacaq yer və iş tapıb.

Jacksonun sözlərinə görə, o kişini şəhərdə gəzərkən görüb. Həmin kişi əlində tutduğu lövhədə insanlardan ona iş tapmağa kömək etmələrini xahiş edirdi. Səfil şəxsin bildirdiyinə görə, o artıq 3 həftədən çox idi ki, küçədə yaşayırdı.

“Yük maşını sürmək üçün lisenziyam var və uzun illər sürücü işləmişəm. Lakin indi istənilən işi görməyə razıyam, hətta ayaqyolu təmizləməyə belə” – deyə kişinin lövhəsində yazırdı. O öz sözlərinin təsdiqi olaraq öz CV-ni Jacksona göstərir.

Qadın Barrynin şəklinin çəkir və həmin şəkli Facebookda qruplardan birində paylaşır. Nəticədə bir neçə təklif gəlir, o bir neçə müsahibədə iştirak edir və işə düzəlir. Hətta Melburn sakinlərindən biri onu müvəqqəti olaraq öz evində yaşamağa dəvət edir.

Son xəbərlər
Digər xəbərlər