22 C
Baku
Friday, September 20, 2024

“Rixos Quba Hotel”i satılıb

Azərbaycanın ən iri şirkətlərindən olan “Qarant Holding” iflas dövrünü yaşayır. Artıq bir neçə vaxtdır şirkətə məxsus mülklər  satışa çıxarılıb.

Bu dəfə Qubadakı “Rixos” hoteli də satılıb. Məlumata görə, hotel dəyərindən daha az məbləğə artıq satılıb.Qeyd edək ki, Qubada inşa olunan “Rixos Quba Hotel” kompleksinin ərazisi 65 hektardır. Ərazidə hotel kompleksinin alt qatları ilə birlikdə 8 mərtəbəli binası, 16 kotec, ümumi sahəsi 30 min kvadratmetr olan süni göl, helikopterlərin enməsi üçün meydança və digər yardımçı binalar inşa edilib. 200 yerlik hotel kompleksində restoranlar, hovuz, idman meydançası və köməkçi obyektlər də var. Hoteldə həmçinin premium səviyyəli koteclər fəaliyyət göstərir.

Xatırladaq ki, bundan əvvəl “Qarant Holding”in Rəşid Behbudov küçəsindəki ofisi cəmi 25 milyon dollara satılıb. Halbuki, bu əmlak 60 milyon dollar dəyərindədir. Goranboy rayonunun Goran qəsəbəsi ərazisindəki inşaat materialları zavodu, Bərdə və Yevlaxdakı obyektlər, eləcə də Bakının H.Əliyev prospektində tikilən “Trump” hotel də şirkətin satılan mülkləri sıyahısındadır.

Məlumatı fin.az portlı yayıb.

Son xəbərlər
Digər xəbərlər