23 C
Baku
Friday, September 20, 2024

Apple şirkəti Qualcomm-dan 1 milyard dollar tələb edir

Apple şirkəti Amerikada özünün kompüter çipləri təminatçısı olan Qualcomm şirkətini məhkəməyə verib və şirkətdən 1 milyard dollar tələb edir.

Banker.az xəbər verir ki, Apple şirkətinin iddialarına əsasən, təminatçı şirkət öz davranış sərhədlərini aşıb və məhsulların qiymətini artıraraq antimonopol qanunvericiliyi pozub. Bununla yanaşı, Qualcomm şirkəti Apple şirkətinin ona ödədiyi 1 milyard dollar həcmində məbləği geri qaytarmaqdan da imtina edib. İndi şirkətlər məhkəmənin işi araşdırmasını gözləyir.

Qualcomm şirkəti isə belə hesab edir ki, Apple-ın iddialarının heç bir sübut və dəlilləri yoxdur. Şirkət özlüyündə bütün detalları araşdırmaq niyyətindədir və hazırda bu məsələ ilə araşdırıma prosesi qüvvədədir.

Son xəbərlər
Digər xəbərlər