11 C
Baku
Thursday, November 14, 2024
Home Xəbərlər Xarici xəbərlər Populyarlığını itirən “Hyundai” şirkətinin mənfəəti ardıcıl 12 rüb azalır

Populyarlığını itirən “Hyundai” şirkətinin mənfəəti ardıcıl 12 rüb azalır

0
Populyarlığını itirən “Hyundai” şirkətinin mənfəəti ardıcıl 12 rüb azalır

“Hyundai Motor Co.”-nun xalis mənfəəti ardıcıl 12 rüb azalmaqdadır. Buna səbəb şirkət tərəfindən sedan tipli avtomobillərə böyük məbləğdə endirimlərin təklif olunması, o cümlədən “Hyundai Motor Co.”-nun istehsal etdiyi maşınların Cənubi Koreya və ABŞ-da populyarlığının azalmasıdır.

Hesabat dövründə şirkətin xalis mənfəəti 39% azalaraq 1 trln. Koreya vonu (858,07 mln. dollar) təşkil edib. Analitiklər bu göstəricinin 1,5 trln. von olacağını proqnozlaşdırıb.

Şirkətin xalis mənfəəti 2014-cü ilin I rübündən etibarən azalma nümayiş etdirir.

“Hyundai Motor Co.”-nun illik mənfəəti 16% azalaraq 6,4 trln. vona çatıb.

Ötən ilin sonuncu rübündə şirkətin satışları 0,9% azalıb. Cənubi Koreyada isə şirkət satışlarını 18% azaldıb.