11 C
Baku
Wednesday, December 11, 2024

Cek Ma “MoneyGram” pulköçürmələri xidmətini aldı

Məşhur “Alibaba” online-riteylerinin sahibi olan çinli milyarder Cek Maya məxsus “Ant Financial” şirkəti “MoneyGram International Inc.” Pul köçürmələri xidmətini satın alıb.

“Bloomberg”ə istinadən məlumata görə, sövdələşmənin dəyəri 880 milyon dollar təşkil edir.

Bu sövdələşmə Çin şirkətinə ölkə daxilində “WeChat” ödəniş sistemi ilə rəqabətin fonunda ölkə xaricində rolunu genişləndirməyə imkan verəcək. “MoneyGram” şəbəkəsində hazırda 2,4 milyard bank və mobil hesab var. “Ant Financial” isə Çində 450 milyondan çox müştəriyə xidmət göstərir. Alqı-satqıdan sonra “MoneyGram” öz brendi ilə fəaliyyət göstərməyə davam edəcək.

Anlaşma barədə xəbər yayıldıqdan sonra “MoneyGram”in səhmlərinin dəyəri 8,8% artaraq 12,92 dollara çatıb.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər