Bu il dünya bazarında neftin qiyməti 65 dollar/barelə qədər artacaq, azalma isə 2018-ci ildə baş verəcək. “Forexpf.ru” saytına istinadən xəbərə görə, bu proqnozla ABŞ-ın məşhur “JPMorgan” bankı çıxış edib.
Bankın proqnozunda həmçinin bildirilib ki, neft qiymətləri OPEC-in təklifi artırması və karteldən kənar neft hasilatçısı ölkələrin hasilatı artırması nəticəsində 2018-ci ildə düşməyə başlayacaq. Bunun qarşısının alınması üçün isə OPEC bu ilin III rübündən etibarən hasilatı azaltmaqla bağlı qərarını davam etdirməlidir: “Amma, bu ssenarinin baş tutması ehtimalı azdır”.