Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbərliyində kadr dəyişikliyi olub.
Hüquq və icraat departamentinin direktoru Fəxriyar Cabbarov Palatadan ayrılıb. Onu Əfqan Baxışov əvəzləyib.
Sorğumuza cavab olaraq MBNP-nin Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov informasiyanı təsdiqləyərək qeyd edib ki, F. Cabbarov öz istəyi ilə vəzifəsindən uzaqlaşıb.
Qeyd edək ki, Ə. Baxışov bundan öncə Təhsil Nazirliyinin hüquq, insan resursları və informasiya şöbəsinin müdiri olub.