2 C
Baku
Saturday, December 14, 2024

“Beynəlxalq zənglərə nəzarət edə bilmirik”

Gecə saatlarında abunəçilərin mobil nömrələrinə daxil olan yerli və beynəlxalq zənglərin mobil operatorlar tərəfindən qarşısının alınması qeyri-qanunidir.

Banker.az bildirir ki, bunu Azercell şirkətindən deyiblər.

Şirkətdən verilən məlumata görə, daxil olan zəngin fırıldaq məqsədi daşıyıb-daşımadağını müəyyən etmək və bunun üçün lazımi filtrləmə həyata keçirmək mümkün deyil.

Məlumatda bildirilir ki, mobil rabitə operatoru 7/24 prinsipi ilə işləyir və gecə saatlarında daxil olan zənglərə fırıldaq şübhəsi ilə məhdudiyyət qoymaq ciddi qanun pozuntusudur:

“Müəyyən olunmuş nömrələrdən daxil olan zənglərin qarşısının alınması yalnız qanunvericilik çərçivəsində mümkündür və bunun üçün rəsmi əsaslar olmalıdır. Biz beynəlxalq zənglər trafikini dövlət operatorları Aztelekom və Azintelecom-dan əldə edirik və trafik üzərində nəzarət bizim səlahiyyətimizdə deyil”. (Trend)

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər