7 C
Baku
Thursday, December 12, 2024

FED üzvləri arasında fikir ayrılığı yaranıb

Federal Ehtiyatlar Sisteminin (FED) regional rəhbərləri arasında faiz artımının nə vaxt və hansı tezlikdə həyata keçirilməsi ilə bağlı fikir ayrılıqları formalaşıb.

Richmond üzrə FED-in regional rəhbəri Jeffret Lacker əmək bazarındakı vəziyyəti nəzərə alaraq, faiz artımının daha sonra edilməsindənsə, daha tez həyata keçirilməli olduğunu müdafiə edib.

Dallas üzrə FED-in regional rəhbəri Robert Kaplan ABŞ iqtisadiyyatının təbii işsizlik səviyyəsinə yaxınlaşdığını və gec veriləcək faiz artımı qərarının effektivliyinin daha az olacağını vurğulayıb.

Digərlərindən fərqli olaraq, Atlanta üzrə FED-in regional rəhbəri Dennis Lockhart mart ayında faiz artımı üçün bir səbəb görmədiyini bildirib. Onun sözlərinə görə,  1 trilyon dollarlıq infrastruktur xərcinin iqtisadiyyata son təsiri nə dərəcədə olacağı müzakirəyə açıq bir mövzudur. Bu səbəbdən il ərzində 3 faiz artımı yerinə 2 faiz artımı da ola bilər.

FED-in sədri Janet Yellen isə ABŞ-ın Senato Bankçılıq Komitəsindəki çıxışında iqtisadi göstəricilərdəki trendin davam edəcəyi halda faiz dərəcələrində dəyişiklik ediləcəyini bildirib. Onun sözlərinə görə, infrastruktur xərclərinə yönəlik fiskal genişlənmənin mənfi təsirlərini aradan qaldırmaq üçün FED çox gözləməyəcək. Lakin bu qərar maliyyə bazarlarındakı tarazlığı pozacaq və resessiya baş verməsi riskini artıracaq.

 

MənbəBBN.az
Son xəbərlər
Digər xəbərlər