6 C
Baku
Sunday, December 15, 2024

Keçmişdə ödəniş: bank çekləri haqqında bilmədiyiniz 7 fakt

İlk çek əl ilə adi kağız parçası üzərində yazılıb. Onun müəllifi isə “Morris və Kleyton” bank kontorunun sahibi ingilis Nikolas van Aker idi. Onun Delboe adlı bir şəxsə vəd etdiyi məbləğin həcmi o dövr üçün 400 funt (hazırda təqribən 40 min funt) idi. Bu çek hələ də qorunub saxlanılır və onu İngiltərə bankının kolleksiyasında görmək mümkündür.

Bank çekləri necə işləyir?

Mahiyyət etibarilə, bank çeki nağdsız ödənişlər üçün nəzərdə tutulmuş qiymətli kağızdır. Çek kitabçasının sahibi pullarını bankdakı hesabında saxlayır. Hər dəfə o ödəniş etməli olduqda kağız üzərində tələb olunan məbləği yazır və çeki ödəniş etməli olduğu şəxsə verir. Pul əvəzində çeki alan şəxs isə təyin edilmiş zaman ərzində (adətən 6 aydan 15 aya qədər) banka gəlməli və çeki nağdlaşdırmalıdır.

1659

Çekin görüşünü necədir?

İlk çeklər əl yazısı ilə olduğundan onun mətnini aydınlaşdırmaq çətindir. Zamanla bu mətnlər daha “oxunaqlı” hala düşüb. Əksər çeklərin quruluşu aşağıdakı kimidir:

11212

  1. Çek üzrə ödənişi həyata keçirən bankın adı
  2. Ödənişi qəbul edəcək şəxsin adı
  3. Verilmə vaxtı
  4. Məbləğ
  5. Ödənişi edən şəxs
  6. Ödənişi edən şəxsin imzası
  7. Hesabdakı vəziyyət haqqında yalnız maşın tərəfindən oxunula bilən məlumat

 

 

Çeklər haqqında 7 ən maraqlı fakt:

  1. İlk çap şəklində olan çeklər 1717-ci ildə peyda olub. Bu çekləri İngiltərə bankı buraxırdı.
  2. Çek ödənişlərinin populyarlıq piki 1980-ci illərin sonu 1990-cı illərin əvvəlinə təsadüf edir. Tək Böyük Britaniyada 1990-cı ildə 4 milyard çek ödənişi həyata keçirilmişdi.
  3. Bütün yaş dövlərindən olan britaniyalıların 3%-i digər ödəniş alətləri əvəzinə hələ də çeklərdən istifadə edir.
  4. Kağız çeklər ABŞ-da sərhəd ödənişləri üçün əsas metod olaraq qalır.
  5. Hazırda çeki nağdlaşdırmaq üçün banka getməyə ehtiyac yoxdur. Britaniyanın Lloyds bankı onu telefon ilə göndərməyi təklif edir.
  6. Kağız çekləri hazırda mobil çek kitabçaları əvəz etməkdədir.
  7. Bununla belə, Danimarka rəsmi olaraq bank çeklərini qadağan edib.
Son xəbərlər
Digər xəbərlər