12 C
Baku
Wednesday, December 11, 2024

ABB-dən REKORD! İpoteka kreditlərinin həcmi ₼1 milyardı vurub keçir

Ölkənin ən iri bankı və eləcə də səhmlərinin böyük hissəsi dövlətə məxsus olan ABB (Azərbaycan Beynəlxalq Bankı ASC) 2023-cü ilin ilk yarısında ipoteka kreditlərinin həcmini bir qədər də artırmaqla portfeli ilk dəfə 1 mlrd. manatı ötüb.

Banker.az xəbər verir ki, bu barədə ABB-nin rüblük maliyyə hesabatında qeyd edilir.

Hesabata görə, 1 iyul 2023-cü il tarixinə dövlət bankının ipoteka (daşınmaz əmlak) kreditlərinin həcmi 1 mlrd. 46.14 milyon manat olub.

Bu ilin əvvəlindən 126.21 mln. manat, yaxud 14% artım deməkdir.

Müştərilərə verilən kreditlərin həcmi isə ümumilikdə 4 mlrd. 187.94 mln. manat təşkil edib.

ABB Azərbaycanda ən böyük ipoteka portfelinə malik bankdır. Bank 1 aprel 2023-cü il tarixinə 3.12 mlrd. manatlıq ümumi ipoteka kreditlərində 31 faiz üzərində paya malik idi.

Həmçinin bank hazırda sosial yönümlü kredit olan ipoteka kreditlərini fərdi şəxslərə 6% illik ödənişlə ilkin olaraq 15%-lik ödəniş tələb edir.

Son xəbərlər
Digər xəbərlər