2 C
Baku
Sunday, December 15, 2024

ABB-nin səhmlərinə 33 min investor 50 min sifariş verib

ABB-nin səhmlərinə 33 min investor 50 min sifariş verib.

Banker.az xəbər verir ki, bu barədə Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Bankın səhmdarlarının ümumi sayı 35 105-ə çatıb. ABB-nin səhmlərinin 84 faizi rəqəmsal kanallarla sifariş verilib.

“ABB-nin yeni sifariş səhmdarlarının 24%-i 30 yaşadək olan gənclər olub. Ümumilikdə yeni sifarişlər verən investorların 71%-ni kişilər, 29%-ni isə qadınlar təşkil edir”, – deyə o əlavə edib.

A. İbrahimov həmçinin bildirib ki, ABB-nin səhmlərinin təkrar bazarda satışının ilkin olaraq ABB mobile vasitəsi ilə aparılması mümkün olacaq.

Son xəbərlər
Digər xəbərlər