25 C
Baku
Saturday, April 20, 2024

“ABB” okeandan toplanmış plastik materialdan hazırlanan pulsuz kart buraxdı – Şərtlər

ABB-nin TamEco kartı müştərilərə təqdim edilib.

Banker.az-ın məlumatına görə, kart tam ekoloji material olmaqla dünya okeanından toplanmış təkrar emal olunan plastik materialdan hazırlanıb. TamEco kartı sifariş verdiyiniz zaman hər karta görə bir ağac əkiləcək.

KARTIN HANSI ÜSTÜNLÜKLƏRİ VAR?

TamEco kartın ön tərəfi debet, arxa tərəfi isə kredit kartıdır. Müştəri gələcəkdə kredit limitinin açılması üçün müraciət etdikdə, müştərinin kredit limitinin həmin kartda açılması nəzərdə tutulmuşdur. 5 illik kart rəqəmsal kanallardan sifariş edildikdə pulsuz, filiallardan sifariş edildikdə 10 AZN-dir. Fiziki şəxslərə hər valyuta üzrə (AZN/USD/EUR) maksimum 1 ədəd olmaqla verilir.

KEŞBEK

ABB-ə məxsus POS və Elektron Kommersiya terminallarında retail tipli əməliyyatlara – 2% keşbek, Digər retail tipli əməliyyatlar – 1% keşbek gəlir. Kommunal ödənişlər, mobil operator ödənişləri, vergi/gömrük, dövlət və sığorta ödənişləri, maliyyə institutlarına ödənişlər, kredit ödənişləri, KartTransfer, Unique cash, Quasi cash ödənişləri zamanı keşbek hesablanmır. Kartın hər iki tərəfi ilə ayrılıqda ay ərzində qazanılan maksimal keşbək məbləği 300 AZN təşkil edir.

NAĞDLAŞDIRMA

Ölkədaxili bütün ATM-lərdə nağdlaşdırma və bütün kartlara köçürmə pulsuzdur (debet üzü). Nağdlaşdırma və bütün kartlara köçürmə limiti birlikdə aylıq 7 000 AZN-dək pulsuzdur, 7 000 AZN-dən yuxarı isə 1% (min. 1 AZN və ya ekv.) komissiya tutulur.

QALIĞA GƏLİR

ABB mobile-da qeydiyyatdan keçirilmiş kartdakı qalığa illik 7% hesablanıb ayın sonunda kart hesabına köçürülür. Qalığa faiz vəsaitin minimum 200 AZN-dən maksimum 2 500 AZN-dək hissəsinə və yalnız AZN valyutalı kartlarda hesablanır.

tameko

 

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər