26 C
Baku
Sunday, April 28, 2024

ABB və KPMG-Azərbaycanın təşkilatçılığı ilə “Rəqəmsal Ödənişlər Dialoqu” keçirildi

®Ölkəmizdə rəqəmsal ödəniş ekosisteminin inkişafına töhfə verən ABB-nin və KPMG Azərbaycan şirkətinin birgə təşkilatçılığı ilə Rəqəmsal Ödənişlər Dialoqu  keçirilib. Tədbirin əsas mövzusu ödəniş sistemləri ilə bağlı yeniliklərə, o cümlədən bu yeniliklərin hüquqi tənzimlənməsi məsələlərinə həsr edilib. Rəqəmsal Ödənişlər Dialoqunda müxtəlif dövlət və özəl qurumların, məhkəmələrin təmsilçiləri, ABB-nin korporativ müştərilərindən bir qrupu, ayrı-ayrı bankların nümayəndələri, eləcə də xarici ölkələrdən gəlmiş ekspertlər iştirak ediblər. 

Tədbirdə ödəniş sistemləri ilə bağlı yerli və xarici təcrübəyə diqqət yönəlib. Ödəniş xidmətlərində yeni tənzimləmələr, onların maliyyə institutlarına təsiri, elektron pulun tənzimlənməsinin hüquqi aspektləri ilə bağlı ətraflı məlumatlar verilib. Elektron ödənişlərdə lisenziyalaşdırma və nəzarət, məsafədən bank və ödəniş xidmətləri, rəqəmsal ödəniş ekosistemində rəqabət və inkişaf  məsələlərinə nəzər yetirilib. 

Rəqəmsal Ödənişlər Dialoqunda Türkiyənin fintek sektoru ilə bağlı da təcrübə mübadiləsi aparılıb. Açıq Bankçılıq dövründə ödəniş bazarı, postsovet məkanında  ödəniş tendensiyaları təhlil edilib. Müxtəlif suallar ətrafında polemikalar aparılıb. Belə dialoqlarda məqsəd sahənin mütəxəssislərini bir araya gətirmək, rəqəmsal ödənişlərlə bağlı yenilikləri bölüşmək, gələcək üçün faydalı tərəfdaşlıqlar qurmaqdır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

KPMG Azərbaycanın təklif etdiyi xidmətlər barədə məlumatları https://kpmg.com/az/en/ rəsmi internet səhifəsindən və ya (012) 404 89 10 nömrəsi ilə əlaqə saxlayaraq, həmçinin rəsmi Facebook, Instagram və LinkedIn səhifələrindən əldə edə bilərsiniz.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər