14 C
Baku
Thursday, April 25, 2024

Abdin Fərzəliyev Abşerona icra başçısı gedir – Prezidentdən SƏRƏNCAM

Abdin Fərzəliyevin Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalayıb.

“Abdin Ələsgər oğlu Fərzəliyev Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin” – deyə sərəncamda deyilir” – deyə İlham Əliyevin 19 yanvar 2021-ci il tarixli sərəncamında deyilir.

Buna qədər bu rayonun icra hakimiyyəti başçısı İradə Gülməmmədova idi. O, bu gün vəzifəsindən azad edilib.

Abdin Fərzəliyev 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Həmzəli kəndində anadan olmuşdur. 1974–1984-cü illərdə orta məktəbdə təhsil almışdır.

Əmək fəaliyyətinə 1984–1985-ci illərdə H.Z.Tağıyev adına Bakı Tikiş Toxuculuq Kombinatında fəhlə kimi başlamışdır.

1985-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-bioloqiya fakultəsinə daxil olmuş, 1985–1987-ci illərdə Moskva vilayətində keçmiş Sovet Ordusunda hərbi xidmət keçmiş, 1992-ci ildə isə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ilin oktyabr ayından 1993-cü ilin fevral ayına qədər “Naxçıvan” qəzetinin müxbiri vəzifəsində çalışmışdır.

1993-cü ilin fevral ayından noyabr ayına qədər “Əlincə” Xeyriyyə Cəmiyyətinin təşkilat şöbəsinin müdiri vəzifəsində, 1993-cü ilin noyabr ayından 1994-cü ilin avqust ayına qədər isə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında məsul işçi, təşkilat şöbəsinin baş təlimatçısı vəzifəsində işləmişdir.

1994-cü ilin sentyabr ayından 1998-ci ilin fevral ayına qədər Azərbaycan Respublikası Gənclər və idman Nazirliyinin Ərazi İdarəetmə orqanları ilə iş və Kadr hazırlığı İdarəsinin rəis müavini, rəisi vəzifələrində işləmişdir.

1998-ci ilin fevral ayından 2003-cü ilin aprel ayına qədər Bakı Şəhər Gənclər, İdman və Turizm Baş İdarəsinin rəisi vəzifəsində işləmişdir. 2003-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərancami ilə Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir. 2005-ci ilin dekabr ayından isə Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışırdı, bügünkü sərəncamla o vəzifəsindən azad edilib.

1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü və YAP Siyasi Şurasının üzvüdür. Həmçinin 2001-cü illərdə Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvüdür.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər