1 C
Baku
Saturday, December 14, 2024

Abdulbari Gozalın qızı ASB Bank-da “son nəzarətçi” səlahiyyətini itirib

Abdulbari Gozalın (Gözəl) qızı “Azərbaycan Sənaye Bankı” ASC-da vəzifələrindən birini itirib. Banker.az bu barədə əldə etdiyi informasiyada qeyd edilir.

Qeydə görə, hesabat ilinin sonundan bir qədər sonra, 13 yanvar 2021-ci il tarixində banka son nəzarətçi tərəfində dəyişiklik olunub. Dəyişiklikə əsasən banka son nəzarəti Ahmad Abdolbari Gozal həyata keçirir.

Buna qədər isə bu səlahiyyət Leyla Kurt Gozala məxsus idi.

L.K.Gozal, altı filiala sahib olan bankın son audit hesabatında bankda 600 min manat nominal dəyərdə olan səhmlərinə sahibdir. Bu səhmlər isə bankın nizamnamə kapitalının 1%-ni təşkil edir.

Bankın əsas səhmdarı, 98.43%-i “Anadolu İnvestment Company” MMC-dir. Yeri gəlmişkən, 13 yanvar tarixində L.K.Gozal bu şirkətin Baş icraçı direktor vəzifəsini tərk etsə də sonradan bu vəzifəyə qayıtmışdı.

Səhmlərin digər 1%-i isə “Azərbaycan Sənaye Lizinq” MMC-yə məxsudur.

Qeyd edək ki, qanunvericiliyə görə, bankın səhmdarlarının payı 5%-dən aşağı olarsa, onun iclasda səsvermədə iştirakı mümkün deyil.

Son xəbərlər
Digər xəbərlər