“Çelsi”nin sahibi, rusiyalı iş adamı Roman Abramoviç klubu satmaq istəyir.
Bu barədə “The New York Times” məlumat yayıb. Abramoviç London təmsilçisinin satışından 2,5 milyard avro əldə etməyi düşünür. Hazırda alıcı axtaran iş adamı klubu satın almaq istəyənlərə cümə gününə qədər təklif vaxtı qoyub.
Qeyd edək ki, daha əvvəl isveçrəli milyarder Hansyorq Viss “Çelsi”ni ala biləcəyini açıqlayıb.