Rusiyalı milyarder Roman Abramoviç Londonun “Çelsi” klubunun satışından əldə olunan pulu Ukrayna hökumətinə verməkdən imtina edib.
Bu barədə bu barədə Daily Mail məlumat yayıb.
Mənbənin məlumatına görə, ötən il Abramoviç London klubunun amerikalı iş adamı Todd Bouliyə satışından 2,3 milyard avro əldə edib . Britaniya Xarici İşlər Nazirliyi vəsaitin Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına köçürülməsini tələb edib.
Abramoviç özü pulun Rusiya ilə Ukrayna arasında bölüşdürülməsini istəyir. O, vəsaitin bir hissəsini münaqişə nəticəsində zərər çəkmiş ruslara göndərmək istəyir.
Abramoviç “Çelsi”ni 2003-cü ildə 140 milyon funta alıb. O vaxtdan bəri London klubu beş dəfə Premyer Liqanın qalibi olub, iki dəfə Çempionlar Liqası və Avropa Liqasının qalibi olub, beş dəfə İngiltərə Kubokunun, üç dəfə İngiltərə Liqa Kubokunun qalibi olub.
“Çelsi”nin keçmiş futbolçusu , hazırda London klubunun meneceri olan Frenk Lempard ” Evening Standard”a komandada tez-tez baş verən məşqçi dəyişikliyindən danışıb .