18 C
Baku
Monday, May 27, 2024

ABŞ “Əl-Qaidə” terror təşkilatının başçısını öldürdü – Bayden bunun “uğurlu” olduğunu deyir

“Əl-Qaidə” terror təşkilatının başçısı öldürülüb. Ağ Evin mətbuat bildirir ki, bu barədə Vaşinqton administrasiyasının yüksək rütbəli nümayəndəsi məlumat yayıb.

Ayman əl-Zəvahiri ötən həftə Əfqanıstanda ABŞ tərəfindən keçirilən antiterror əməliyyatı zamanı öldürülüb. Bildirilir ki, əməliyyat zamanı mülki əhali arasında ölən olmayıb.

Ağ Evin mətbuat xidmətinin məlumatına görə, prezident Co Bayden antiterror əməliyyatı ilə bağlı müraciət etmək niyyətindədir.

71 yaşlı Əl-Zəvahiri Usamə bin Ladenin məhv edilməsindən sonra terror təşkilatına rəhbərlik edirdi.

Bayden Ağ Evin eyvanında danışaraq “Kabildə keçirilən əməliyyat tam uğurlu oldu” deyib.

O, “Əl-Qaidə” terror təşkilatının lideri Ayman əz-Zəvahirini məhv etmək üçün Kabildə keçirilən əməliyyatı hərtərəfli uğurlu adlandırıb.

“Missiya uğurlu alındı. Onun ailə üzvlərindən heç biri xəsarət almayıb, mülki əhali arasında itki yoxdur. Mən əməliyyatın tam uğurla keçdiyini deyirəm”, – deyə Bayden bildirib.

Onun sözlərinə görə. terror qruplaşmasının lideri bu ilin əvvəlində Kabildə ABŞ kəşfiyyatı tərəfindən aşkarlanıb.

Co Bayden bildirib ki, ABŞ heç vaxt Əfqanıstanın bir daha terrorçuların sığınacağına çevrilməsinə imkan verməyəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər