10 C
Baku
Wednesday, December 11, 2024

ABŞ-a köçənlərin sayı 168 % artıb

2022-ci ildə ABŞ əhalisi 1.2 milyon nəfər artaraq 333.2 milyon nəfər təşkil edib.

Bu göstəricilər ABŞ Siyahıyaalma Bürosunun məlumatında öz əksini tapıb.

Rəsmilər qeyd ediblər ki, artım əsasən digər ölkələrdən miqrasiya hesabına baş verib. Bir il ərzində 1 milyondan çox insan ABŞ-a köçüb. Bu rəqəm 2021-ci illə müqayisədə 168 % artıb. Belə ki, ötən il bu göstərici 376 min nəfər idi.

Siyahıyaalma Bürosu əlavə edib ki, 2007-ci ildən bəri ilk dəfə 2022-ci ildə ölkədə doğulanların ümumi sayı artıb.

Ümumilikdə ABŞ əhalisinin illik artım tempi 0.4 % təşkil edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər