ABŞ NATO-nun Avropadakı bazalarda saxlanılan B61 nüvə bombalarını gələn yaz əvəzinə, 2022-ci ilin dekabrında təkmilləşdirilmiş B61-12 versiyası ilə dəyişməyi planlaşdırır. “Politico” yazır ki, bu, Ukraynadakı vəziyyətlə əlaqəlidir.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Bununla belə, Pentaqonun sözçüsü Patrik Rayder Amerikanın B61 nüvə silahlarının modernləşdirilməsinin uzun illər davam etdiyini, onların B61-12 ilə əvəz edilməsi çoxdan planlaşdırıldığını deyib. Patrik Rayder bunun Ukraynada baş verənlərlə əlaqəli olmadığını da vurğulayıb.
1960-cı illərdə hazırlanmış B61 nüvə bombalarının Almaniya, İtaliya, Belçika, Hollandiya və Türkiyədəki hava bazalarında B61-12-lərlə əvəzlənməsi planlaşdırılır. Fevral ayında Pentaqon B61-12 nüvə konstruksiyasının sertifikatlaşdırılmasını başa çatdırmağı planlaşdırdığını açıqlayıb.