10 C
Baku
Thursday, December 12, 2024

ABŞ Azərbaycanda maye karbohidrogen hasilatı üzrə proqnozu artırıb

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi (EIA) 2023-cü ildə Azərbaycanda gündəlik maye karbohidrogen hasilatı üzrə proqnozu 10 min barel artırıb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə EIA-in aylıq proqnozunda bildirilir.

İdarənin məlumatına görə, 2023-cü ildə Azərbaycanda gündəlik maye karbohidrogen hasilatı 0.65 milyon barel (dekabr proqnozu – 0.64 milyon barel) səviyyəsində proqnozlaşdırılır.

I rübdə gündəlik neft hasilatı 0.67 milyon barel (dekabr proqnozu – 0.65 milyon barel), II rübdə 0.65 milyon barel (0.63 milyon barel), III rübdə 0.64 milyon barel (0.63 milyon barel), IV rübdə 0.65 milyon barel (0.64 milyon barel) səviyyəsində olacaq.

Proqnozlara görə, 2024-cü ildə Azərbaycanda gündəlik 0.66 milyon barel maye karbohidrogen hasil olunacaq. Gələn ilin I rübündə gündəlik neft hasilatı 0.66 milyon barel, II rübdə 0.66 milyon barel, III rübdə 0.66 milyon barel, IV rübdə 0.67 milyon barel təşkil edəcək.

İdarənin dəqiqləşdirilmiş məlumatına görə, 2022-ci ildə Azərbaycanda gündəlik 0.67 milyon barel maye karbohidrogen hasil edilib.

Son xəbərlər
Digər xəbərlər