7 C
Baku
Sunday, December 15, 2024

ABŞ Çin banklarına qarşı sanksiyalar hazırlayır

ABŞ bəzi Çin banklarını qlobal maliyyə sistemindən kənarlaşdıra biləcək sanksiyalar hazırlayır.

Bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ ümid edir ki, bu, Pekini Rusiya hərbi sənayesinə dəstəyini dayandırmağa vadar edəcək.

Qeyd olunub ki, Çin tərəfinin köməyi Moskvaya hərbi-sənaye potensialını bərpa etməyə imkan verib, çünki Pekin Rusiyaya elektron sxemlərin, təyyarə hissələrinin, avtomobillərin və dəzgahların əsas tədarükçüsünə çevrilib. Bankların Rusiya Federasiyasına kommersiya ixracında, ödənişləri emal etməkdə və müştəri şirkətlərə ticarət krediti verməkdə əsas vasitəçi kimi xidmət etdikləri bildirilir.

Nəşrin məlumatına görə, ABŞ rəsmiləri son həftələrdə şəxsi görüşlərdə və telefon danışıqlarında Pekinə təzyiqləri artıraraq, Vaşinqtonun ikili təyinatlı malların ticarəti ilə məşğul olan Çin maliyyə qurumlarına qarşı tədbir görməyə hazır olduğu barədə xəbərdarlıq ediblər.

Xatırladaq ki, aprelin 24-də ABŞ Dövlət katibi Antoni Blinken Çinə üç günlük səfərə gedəcək.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər