7 C
Baku
Thursday, December 12, 2024

ABŞ Çindən gətirilən bütün mallara gömrük rüsumu tətbiq edəcək

ABŞ prezidenti Donald Tramp, 1 sentyabr 2019-cu il tarixindən etibarən Çindən idxal olunan malların qalan hissəsi üçün 10% rüsum tətbiq etmək niyyətində olduğunu açıqlayıb.

Banker.az xəbər verir ki, Prezident cümə axşamı günü “Twitter” də bildirib ki, Çin “ABŞ-a fentanil satışını dayandıracağını vəd etsə də”, onu yerinə yetirməyib. Bundan əlavə, Amerika prezidentinin sözlərinə görə, eyni zamanda Çin  “ABŞ-dan çox miqdarda kənd təsərrüfatı məhsulu alacağına” söz vermişdir.

Beləliklə, ABŞ rəhbərliyi Çinə münasibətdə təzyiq siyasətini davam etdirir. Onun əsas məqsədi Çin rəsmilərini özünə sərf edən şərtlərlə ticarət sazişini bağlamağa məcbur etməkdir.

Çin və ABŞ arasında ticarət müharibəsinin genişlənməsi, Amerikanın qiymətli kağızlar bazarının artımına səbəb olub: “Dow Jones”, “S&P 500” və “Nasdaq” üzrə azalma 1% təşkil edib. Bir sıra iri korporasiyalarının kotirovkaları daha ciddi çöküş göstərib: “Apple” səhmləri düşüb 2,7%, “Caterpillar” – 3,6%, “Deere” – 2,5%, “Nike” – 3,6%.

CNBC telekanalının verdiyi məlumata görə, Trampın belə qərara gəlməsinin əsas səbəbi Şanxayda keçirilən danışıqların uğursuz keçməsi olub.

Çin və ABŞ arasında ticarət danışıqlarının 12-ci raundu 31 iyulda keçirilib və gözləniləndən daha tez başa çatıb. Tərəflər ticarət mübahisələri üzrə heç bir razılığa gələ bilməyiblər, danışıqlar sentyabr ayında davam etdiriləcək.

Son xəbərlər
Digər xəbərlər