ABŞ-da benzin qiyməti növbəti dəfə rekord vuraraq bir qallon (3,7 litr) üçün 4,4 dollara çatıb.
Bu barədə Amerika Avtomobil Assosiasiyası bildirib.
Ölkədə bundan əvvəlki rekord mart ayında qeydə alınmışdı. O zaman benzinin bir qallonu 4,37 dollara çatmışdı.
Assosiasiya nümayəndələrinin fikrincə, ABŞ-da benzinin bahalaşmasının səbəbi dünya neft qiymətlərinin 100 dollar həddini keçməsi ilə əlaqədardır.