8 C
Baku
Friday, December 13, 2024

ABŞ-da Çinin Tayvana hücum edəcəyi təqdirdə vuracağı hədəflərin sayı açıqlandı

Çin Xalq Azadlıq Ordusu Tayvanın 3500-ə yaxın hərbi və mülki infrastrukturunu vura bilər. Bununla da adanın uğurla ələ keçirilməsinə nail ola bilər.

Bu barədə ABŞ-ın Corc Meyson Universitetinin Merkatus Mərkəzinin tədqiqatçıları araşdırma aparıblar. Araşdırmanın nəticələri “Newsweek” nəşrində dərc edilib.

Qeyd olunub ki, 183 hədəf birbaşa hərbi obyektlərə daxildir; daha 341 hədəf nəqliyyat infrastrukturu ilə bağlıdır; 550 hədəf isə telekommunikasiyaya aiddir. Hədəflərin ən çoxu – 2397-si dövlət obyektlərinə məxsusdur.

Tədqiqatçılar ümumilikdə Tayvanın müdafiəsi üçün strateji əhəmiyyət kəsb edən 290 mindən çox obyektin təhlilini aparıblar.

 

 

Son xəbərlər
Digər xəbərlər