25 C
Baku
Saturday, July 27, 2024

ABŞ-da “Exxon Mobil”in zavodunda güclü yanğın olub – VİDEO

ABŞ-ın Luiziana ştatında dünyanın ən böyük neft şirkətlərindən biri olan “Exxon Mobil”in zavodunda yanğın olub.

“Associated Press” xəbər verir ki, bu barədə müəssisənin yerləşdiyi Baton Ruj şəhərinin yanğınsöndürmə xidmətindən məlumat verilib.

İnternetdə yanğının videosu da yayılıb. Videoda alovun binadan necə çıxdığı görünür. Yanğın səbəbi ilə səma narıncı rəngdə görünür.

Hadisə zonası xüsusi xidmət orqanları və polis tərəfindən mühasirəyə alınıb, yanğın lokallaşdırılıb.

Zərərçəkənlər haqqında məlumat dəqiqləşdirilir.

©Report

Son xəbərlər
Digər xəbərlər