19 C
Baku
Wednesday, May 15, 2024

ABŞ-da meymunçiçəyinə görə fövqəladə vəziyyət elan olunub

ABŞ səlahiyyətliləri meymunçiçəyi xəstəliyinin yayılması ilə əlaqədar ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“Bugünkü bəyannamə ilə biz cavab tədbirlərimizi daha da gücləndirə və sürətləndirə bilərik”, – deyə ABŞ-ın səhiyyə naziri Xavier Becerra söyləyib.

Fövqəladə vəziyyətin elan edilməsi epidemiya ilə mübarizə üçün daha çox resursları səfərbər etməyə və vətəndaşların xəstəlik haqqında məlumatlılığını artırmağa imkan verəcək.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə görə, ABŞ-da 48 ştatda, Vaşinqton, Kolumbiya idarəsi və Puerto Rikoda təsdiqlənmiş 7 102 meymunçiçəyinə yoluxma halı var.

Son xəbərlər
 ⁠
Digər xəbərlər