17 C
Baku
Friday, May 3, 2024

ABŞ-da “PepsiCo” və “Coca-Cola”-ya qarşı araşdırmalar başlayıb

ABŞ Federal Ticarət Komissiyası (FTC) mağazalara məhsul tədarükündə qiymət ayrı-seçkiliyi şübhəsi ilə sərinləşdirici içki istehsalçıları “PepsiCo” və “Coca-Cola” kompaniyalarına qarşı ilkin təhqiqata başlayıb.

“Politico” qəzeti bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.

FTC son bir ay ərzində sərinləşdirici içkilərin tədarük qiymətləri ilə bağlı məlumat almaq üçün “Walmart” da daxil olmaqla, böyük pərakəndə satış şəbəkələrinə sorğu göndərib. “PepsiCo” və “Coca-Cola” kompaniyalarının qiymət strategiyaları 1936-cı ildə qəbul olunan və istehsalçıların öz məhsullarını pərakəndə satış nöqtələrinə eyni şərtlərlə tədarükünü tələb edən Robinson-Patman Aktına görə yoxlanılır.

Federal Ticarət Komissiyası 1988-ci ildən bəri bu normativlərlə bağlı yoxlama aparmayıb. Komissiyanın rəhbəri Alvaro Bedoyya qanuna nəzarəti Prezident Cozef Bayden administrasiyasının antiinhisar siyasətinin prioritetlərindən birinə çevirib.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər