13 C
Baku
Friday, March 29, 2024

ABŞ-dan İranın Azərbaycanla hava sərhəddindəki təxribatına münasibət

ABŞ Dövlət Departamenti Azərbaycan və İran arasında gərginliyə münasibət bildirib.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat brifinqində bildirib.

“Azərbaycan və İran arasında vəziyyətə gəlincə isə, əlbəttə ki, İran regionda zərərli aktor olub. Bu ölkə zərərli işlərlə, həm yaxın, həm də uzaq qonşularını təhdid edən fəaliyyətlərlə məşğul olur. Ona görə də biz belə gərginlikləri narahatlıqla izləyirik. Bizim yanaşmamız, daha əvvəl fərqli kontekstdə də bildirdiyim kimi, Cənubi Qafqazda Azərbaycanla, Ermənistanla əlaqələrimizə sərmayə qoymaqdan ibarət olub ki daha sabit, münaqişəyə və gərginliyə daha az meylli Cənubi Qafqaz regionuna nail olaq”, Ned Prays qeyd edib.

Son xəbərlər
Digər xəbərlər