6 C
Baku
Sunday, December 15, 2024

ABŞ dolları son gələn xəbərlərdən mühüm dəyər itirir

ABŞ-nin Əmək Departamentinin cümə axşamı verdiyi məlumata görə, inflyasiya 2022-ci ili bir geriləmə ilə başa vurdu.

Banker.az xəbər verir ki, ABŞ-də istehlak qiymətləri pandemiyanın əvvəlindən bəri ən böyük aylıq enişini yaşadı.

Geniş mal və xidmətlər səbətinin dəyərini ölçən istehlak qiymətləri indeksi (inflyasiya), “Dow Jones” proqnozlarına uyğun olaraq dekabr ayı ərzində 0.1% azalıb, yəni deflyasiya qeydə alınıb. Bu, 2020-ci ilin aprelindən bəri ən böyük aylıq azalmaya bərabədir, çünki ölkənin çox hissəsi həmin dönəmdə Covid-19 ilə mübarizə aparmaq üçün “mühasirədə” idi.

İllik inflyasiya isə 7.1%-dən 6.5%-ə qədər azalıb

Qeyri-sabit ərzaq və enerji qiymətləri istisna olmaqla, baza inflyasiyası də gözləntiləri qarşılayan 0.3% artdı. Bu, bir il əvvələ nisbətən 5.7% yuxarıdır.

İndi ABŞ-də əsas nəzərə alınan istehlak qiymətləri indeksidir ki, burada aviabiletdən yumurtaya qiymnətlərinə kimi hər şeyin qiyməti nəzərə alınır. Son illərdə enerji qiymətlərinin artımı ABŞ-də inflyasiyanın əsas tətikləcyici faktorudur ki, bu da hökumət üçün daxildə nəzərdə tutulmuş əsas mübarizədir.

Bununla mübarizəni isə təbii olaraq mərkəzi bank funksiyasında olan ABŞ Federal Ehtiyat Sistemidir. O, 2022-ci ildə qiymət artımları şokuyna 425 baza bəndlik faiz artımı ilə reaksiya verməklə 15 ilin maksimumu 4.5%-ə yüksəldib.

İndi 41 illik maksimum yeniləyən inflyasiya ABŞ-də və onun hüdudları kənarında  çox yaxından izlənilən göstəricilərdən biridir.

İndiki göstəricilər ABŞ dolları üçün bir qədər ucuzlaşma effekti verə bilər. Çünki FED-in istədiyi kimi artıq illik qiymət artımlarının 2%-lik hədəf çərçivəsinə uzaqlaşır. Hədəfə bir qədər uzaqdır, amma iri addımlarla yaxınlaşma göz önündədir.

İnflyasiyadakı səngimə FED-in gələcəkdəki şahin tonunda bir qədər yumnşalma olacağı ilə bağlı birjalarda proqnozlar yaradır. İndiki göstəricilərə qədər artıq investorlar reaksiya vermişdi.

Altı valyuta səbəti qarşısında ölçülən ABŞ dolları indeksi artıq 102.3 bəndə düşüb ki, bu da sentyabrın sonu 114 bənd üzərinə çıxan zirvədən bu tərəfə çox kəskin enişdir.

EUR/USD və GBP/USD cütlüyü son həftədə 3%-ə yaxın artmaqla müvafiq olaraq 1.0811 və 1.2235 səviyyəsinə qalxıb.

USD/JPY həftəlik 3% azalaraq 129.71 səviyyəsinə düşüb.

Son xəbərlər
Digər xəbərlər