22 C
Baku
Friday, May 10, 2024

ABŞ “DXR” və “LXR”in tanınmasına görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ Prezidenti Co Bayden Moskvanın Donetsk və Luqansk Xalq Respublikalarının suverenliyini tanımasına cavab olaraq Rusiyaya qarşı yeni sanksiyalar paketinin tətbiqi haqqında fərman imzalayıb. Bu barədə Amerika Ağ Evinin mətbuat xidməti məlumat yayıb.

Amerika prezidentinin sözlərinə görə, Rusiyanın “DXR” və “LXR”i tanıması Moskvanın Minsk razılaşmaları üzrə öhdəliklərinə ziddir. O, Rusiyanın hərəkətlərinin Ukraynanın sülh və sabitliyini təhdid etdiyini açıqlayıb.

Qeyd olunur ki, sanksiyalar haqqında fərman Luqansk və Donetsk Xalq Respublikalarında malların ixracı və satışına, habelə maliyyə fəaliyyətinə qadağa qoyulmasını nəzərdə tutur. Bundan əlavə, fərman “DXR” və “LXR” ərazisində iqtisadi fəaliyyətlə məşğul olmaqda şübhəli bilinən istənilən şəxsə qarşı şəxsi sanksiyaların tətbiqinə icazə verir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər