10 C
Baku
Thursday, December 12, 2024

ABŞ Energetika Nazirliyi 2023-2024-cü illər üçün neftin qiyməti üzrə proqnozunu azaldıb

ABŞ Energetika Nazirliyi 2023-cü ildə “Brent” markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 85.01 ABŞ dollarından 78.65 dollaradək endirib.

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına əsasən, 2024-cü ildə neftin qiyməti 74.47 dollar təşkil edə bilər (öncəki proqnoza əsasən 81.21 dollar).

Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiymətinin 2023-cü ildə 73.62 dollar (öncəki proqnoz – 79.24 dollar), 2024-cü ildə isə 69.47 dollar (öncəki proqnoz – 75.25) səviyyəsində olacağı ehtimal olunur.

Qeyd olunur ki, ötən il “Brent”in ortalama qiyməti 100.94 dollar, WTI-ın isə 94.91 dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər