10 C
Baku
Friday, December 13, 2024

ABŞ Energetika Nazirliyi neftin qiyməti üzrə proqnozunu yüksəldib

ABŞ Energetika Nazirliyi 2023-cü ildə “Brent” markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 82.95 ABŞ dollarından 85.01 dollaradək yüksəldib.

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına əsasən, 2024-cü ildə neftin qiyməti 81.21 dollar təşkil edə bilər (öncəki proqnoza əsasən 77.57 dollar).

Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiymətinin 2023-cü ildə 79.24 dollar (öncəki proqnoz – 77.1 dollar), 2024-cü ildə isə 75.25 dollar (öncəki proqnoz – 71.57) səviyyəsində olacağı ehtimal olunur.

Qeyd olunur ki, ötən il “Brent”in ortalama qiyməti 100.94 dollar, WTI-ın isə 94.91 dollar təşkil edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər