16 C
Baku
Friday, May 3, 2024

ABŞ FED-i uçot faiz dərəcəsini yenə qaldırır

ABŞ Federal Ehtiyat Sistemi uçot faiz dərəcəsinə dair 2022-ci ilin son qərarını verdi.

Banker.az xəbər verir ki, ABŞ requıyatoru uçot faiz dərəcəsini 50 baza bəndi artırmaqla 4.50%-ə qaldırıb.

Qeyd edək ki, bu gün əksər iqtisadçılar konsensus olaraq ilin son iclasında faiz dərəcəsini 50 baza bəndi qaldıracağını proqnoz etmişdi.

FED uçot faiz dərəcəsini 2022-ci ilin martından başlayaraq 0.25 faizdən 4.00%-ə qədər çatırmaqla ölkədə 40 ilin maksimumuna çatan inflyasiyanı cilovlaya planlamışdı.

Ötən gün ABŞ Əmək Statistika Bürosu ölkədə noyabrda illik istehlak qiymətləri indeksinin 7.7 faizdən 7.1 faizə düşdüyünü açıqladı. Halbuki, bazar inflyasiyanın 7.3 faizə düşəcəyini gözləyirdi. Bu o deməkdir ki, FED artıq inflyasiyaya qarşı tədbirdə nəticələr əldə edə bilib. Bu səbəbdən də artıq 4 iclasda ard-arda uçot faiz dərəcəsindədir 75 baza bəndi artım tempini sonlandıra və daha yumşaq artımlarıa antiinflyasiya tədbirini həyata keçirə biləcəyi ehtimallar ortaya çıxır.

Bu iclasda veriləcək ən mühüm siqnal “dot plot” və resessiya ilə bağlı şərtlərdir ki, bunun investorlar tərəfindən necə dəyərləndirəcəyidir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər