27 C
Baku
Saturday, July 27, 2024

ABŞ Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətlərini təsdiqləyib

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi cümə axşamı yekdilliklə NATO-nu Finlandiya və İsveçi tez bir zamanda alyansa qəbul etməyə çağıran qətnamə qəbul edib. Bu barədə komitənin üzvü Cim Riş bildirib.

Onun sözlərinə görə, Komitənin bu qətnaməni qəbul etməsi Finlandiya və İsveçin NATO-ya qoşulmasına ikipartiyalı dəstəyin, Alyansın gücləndirilməsinin vacibliyinin sübutudur.

“Finlandiya və İsveçin çoxəsrlik siyasi və hərbi ənənələri bu ölkələri hərbi-siyasi bloka qoşulmaq üçün ideal namizədlər edir. Yaxın vaxtlarda ABŞ Senatı bu ölkələrin köməyi ilə alyansın genişləndirilməsi ilə bağlı da qətnamə qəbul edəcək”, – Cim Riş bildirib.

Son xəbərlər
Digər xəbərlər