6 C
Baku
Sunday, December 15, 2024

ABŞ Hərbi Hava Qüvvələrinin generalı Çinlə müharibəyə hazırlaşmağa çağırıb

ABŞ Hərbi Hava Qüvvələrinin generalı Mayk Minixan tabeliyində olanlara göndərdiyi memorandumda ABŞ-ın iki ildən sonra Çinlə müharibəyə gedəcəyini irəli sürüb.

Bu barədə NBC telekanalı məlumat yayıb.

“Ümid edirəm ki, yanılıram. İntuisiya mənə deyir ki, 2025-ci ildə döyüşəcəyik”, – o deyib.

Generalın fikrincə, Çin hakimiyyəti 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərindən Tayvana nəzarətin bərqərar olunması üçün əməliyyat məqsədilə istifadə edə bilər.

Bundan əlavə, Minixan tabeliyində olanları fevralın sonuna qədər Çinlə hərbi əməliyyatlara hazırlaşmaq üçün tədbirlər haqqında məlumat verməyə çağırıb.

Son xəbərlər
Digər xəbərlər