13 C
Baku
Wednesday, May 8, 2024

ABŞ Hind-Sakit okeanı regionunda hərbi təlim proqramlarını genişləndirməyi planlaşdırır

ABŞ Milli Qvardiyası Hind-Sakit okeanı ölkələrində Amerikanın varlığını artırmaq üçün bu ölkələr ilə birgə təlim proqramlarını əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırır.

Bunu ABŞ Milli Qvardiyasının komandanı general Daniel Hokanson “Defence One” nəşrinə müsahibəsində deyib.

Generalın sözlərinə görə, belə bir təlim proqramının başlanması üçün prioritet istiqamət Dövlət Departamenti, qoşunların komandirləri və Milli Qvardiya tərəfindən müəyyən edilir.

D.Hokanson bildirib ki, hazırda bu cür təlim proqramları üçün nəzərdə tutulan 10 ölkə var və “həmin 10 ölkədən beşi” Hind-Sakit okeanı regionundadır.

“Bildiyiniz kimi, bu, indi hərbi əməliyyatların aparıldığı çox vacib bir yerdir” – deyə, general bildirib.

MənbəTrend
Son xəbərlər
 ⁠
Digər xəbərlər